Paşinyan Ermənistanla KTMT arasında münasibətlərin dondurulması haqqında danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələrinin dondurulmasını izah edərək bildirib ki, belə bir addım daimi nümayəndənin olmaması və ölkənin yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir.

O, bunu parlament saatında müxalifətçi deputatın müvafiq sualını cavablandırarkən deyib.

“KTMT ilə münasibətlərin dondurulması Ermənistanın KTMT-də daimi nümayəndəsinin olmaması və yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir”, - Paşinyan qeyd edib .

Baş nazir əlavə edib ki, Ermənistan hələ də KTMT-dən təşkilatın məsuliyyət sahəsi ilə bağlı suala cavab almayıb. Bundan başqa, Paşinyan respublikanın de-yure KTMT ilə münasibətləri donduracağını istisna etməyib.

Mövsüm

Aznews.az