Etirazlar fonunda Paşinyan kilsəni təsir agenti adlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının hərəkətləri fonunda kilsəni təsir agenti adlandırıb və yaxın aylarda bu məsələni həll edəcəyi ilə hədələyib.

O, müvafiq bəyanatla çıxış edib.

“Erməni xalqının (din xadimlərinin - red.) Qeysəriyyəyə gedib məsh edildiyi, Ermənistana gələndə isə təsir agentinə çevrildiyi bir təcrübə var idi. Belə görünür ki, indiyə qədər onlar üçün heç nə dəyişməyib”, o, Ermənistanın Birinci Kanalında yayımlanan çıxışı zamanı deyib.

Mövsüm

Aznews.az