- Ermənistan və Gürcüstan
- 23 Yanvar 14:08
- 2 711
Ermənistan 2025-ci ildə KTMT-yə üzvlüyünün dondurulmasını davam etdirəcək

Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dondurulmasını dayandırmayacaq.
Bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda bildirilir ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə “yararsızlığı” və “həyatqabiliyyətsizliyi” 2025-ci ildə çətin ki, dəyişsin.
Ona görə də, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalı azdır.