Prezident İlham Əliyev sərəncam imzalayıb Prezident İlham Əliyev sərəncam imzalayıb
  • Paytaxt
  • 24 İyul 2019 16:44
  •  2 007

Vergilər Nazirliyinin strukturu təsdiqləndi

Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” aşağıdakı kimi təsdiq edilib.

1. Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).

2. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

2.1. Milli Gəlirlər Baş İdarəsi;

2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

AzNews.az