Ölkə başçıları regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar Ölkə başçıları regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar
  • Paytaxt
  • 5 Avqust 2021 18:37
  •  8 078

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib

Ölkə başçıları regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Aznews.az xəbər verir ki, söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.