Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Banjulda, İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.