"Ermənistan daxili reallığı özü üçün qəbul etməlidir" - siyasi şərhçi

“Kirantsda müəyyən problemlər qalıb ki, bunlar da müzakirədə həll ediləcək. 10 gündür, Ermənistanın Sərhəd Qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir”- Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında bəzi problemlərin qaldığına eyham vurub.

“Əlbəttə ki, bu Kirantsla bağlı problem xeyli vaxtdır, gündəmdədir. Məlumat üçün deyim ki, bura əslində Qazax və Tovuz bölgəsinə düşən məşhur Kirən kəndidir. Kirən kəndinin tarixi baxımdan xeyli əraziləri Ermənistan tərəfindən işğal olunub. İndi burada məsələ var ki, kəndi bütöv şəkildə Ermənistan öz kəndi hesab edir. Ermənistan insanları elə də məskunlaşdırıbdır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, tarix və ərazi üzrə xəritələrin istinadı göstərir ki, İranın ərazisində problem var, delimitasiya müəyyən olunmalıdır.

“Lakin ermənilər illərdir burada ev tikiblər. Kənd təsərrüfatını burada qurublar. Yaylaq təsərrüfatı, maldarlıq var. Müxtəlif formalarda meşədə otlaq yerlərindən istifadə ediblər. Ona görə də Nikol Paşinyanın dediyi məsələ bu məsələlərin necə həll olunacağıdır. Açığı Ermənistan özü də bilmir ki, gəlib üzərində oturub, işğal etdiyi torpaqlara qarşı münasibət nə cür olunmalıdır. Lakin Azərbaycan real şəkildə tarixi xəritələrlə izahını verir ki, bunlar Azərbaycan əraziləridir və geri qaytarılması ilə bağlı hər hansı bir şübhə ola bilməz. Ermənistan daxili reallığı həm özü üçün qəbul etməli, həm də daxili rəyini hazırlamalıdır ki, kəndlərin Azərbaycana aid hissəsi qaytarılmalıdır”

Rəfiqə NAMAZƏLİYEVA