Azərbaycanla SESRIC arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

WUF 13 tədbirlərində iştirak məqsədilə Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru xanım Zehra Zümrüt Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Statistika Komitəsində görüş keçirilib.

Aznews.az xəbər verir ki, Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, komitənin sədri Azər Mursaqulov statistika sahəsində əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, həyata keçirilən birgə layihələrin və təlim proqramlarının əhəmiyyətini qeyd edib.

SESRIC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən təlim proqramlarının əməkdaşların peşəkar bilik və bacarıqlarının inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Zehra Zümrüt Selçuk mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib və birgə fəaliyyətin davam etdirilməsinin önəmini vurğulayıb.

Görüşdə əməkdaşlığın inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.