Qulu Məhərrəmlinin müsahibəsi - Ekspertizaya göndərildi

Bu gün Yasamal rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.


Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A. Alışanovun vəkili Zaur Abbasov linqvistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verib. Q. Məhərrəmli və vəkili Cavid Rzazadə vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Q. Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A. Alışanov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov eləcə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək Q.Məhərrəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib.

APA.az