- Köhnə - Cəmiyyət
- 4 Noyabr 2016 10:09
- 4 838
Tibb Universitetində - Təyinat

Xəbər veridiyimiz kimi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib. Klinikanın baş həkimi Asiman Həsənov öz ərizəsilə tutduğu vəzifədən azad olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, artıq Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyin olunub.
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev yeni baş həkimi kollektivə təqdim edib. Yeni baş həkim Tibb Universitetinin II xəstəliklər kafedrasının professoru Rauf Maqsudoğludur.
AzNews.az