Gələn həftədən Azərbaycan məscidlərində vahid xütbələrin oxunmasına başlanacaq Gələn həftədən Azərbaycan məscidlərində vahid xütbələrin oxunmasına başlanacaq

Azərbaycanda məscid islahatına start verildi

Gələn həftədən Azərbaycan məscidlərində vahid xütbələrin oxunmasına başlanacaq



Azərbaycan məscidlərində vahid xütbələrin oxunmasına gələn həftədən başlanması gözlənilir, bununla bağlı artıq nəşrlər də hazırlanıb. Bunuı APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə bildirib.

Onun sözlərinə görə, "Axund və imamlar üçün vahid xütbələr proqramı" adlı kitablar artıq çapa verilib və bir həftə çapdan çıxması gözlənilir: "Vəsaitlər çapdan çıxan kimi məscidlərə paylanacaq və həmin vaxtdan etibarən də ölkədə vahid xütbələr oxunacaq. Bütün məscidlərdə hər həftə ayrıca vahid xütbə oxunacaq".

M.Seyidzadə bildirib ki, vəsaitlər hazır xütbələrdən ibarət deyil, vahid xütbə üçün nəzərdə tutulan mövzuların ümumi proqramıdır: "Bu proqramdan istifadə edərək axund və imamlar hər həftə üçün aktual olan mövzular ətrafında öz sözləri ilə xütbələr oxuyacaqlar. Məsələn, ötən həftə 20 Yanvar hadisəsi həftənin mövzusu olduğu üçün həmin həftə bütün məscidlər axund və imamlar öz nitqləri ilə vahid proqram ətrafında bu mövzudan danışmalı oldular. Ümumiyyətlə, xütbə mövzuları günün tələblərinə cavab verməli, moizələrdə ictimai proseslər də yer almalıdır. Əgər Məhərrəm ayıdırsa, xütbələrdə Qarabağ şəhidləri də anılmalı, torpaqlarımızda qanı axan hər bir kəs yad edilməli, köçkün həyatı yaşayan soydaşlarımızın problemlərinə və bu kimi məsələlərə toxunulmalıdır". QMİ rəsmisi bildirib ki, vahid xütbə qeyd olunan mövzularla bağlı ibadət evlərində yaranan pərakəndəlikləri aradan qaldıracaq.

Qeyd edək ki, vahid xütbə məsələsi ötən ilin sonunda QMİ sədri Hacı Allahşükür Paşazadə tərəfindən irəli sürülüb.