Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Görüntülərdə Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. “Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil”. Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Görüntülərdə Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. “Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil”.

“Artıq arvadınızı dostunuza verin” deyən axund AÇIQLAMA verdi

Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Görüntülərdə Mingəçevirdə yerləşən Heydər Məscidinin Axundu Hacı Ələmdar çıxış edərkən qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin, kimləsə evləndirsin. “Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil”.

AzNews.az xəbər verir ki, video sosial şəbəkələrdə mübahisəyə səbəb olub.

Mövzu ilə bağlı Heydər məscidinin Axundu Hacı Ələmdar A24.Az-a açıqlama verərkən qeyd edib ki, əslində həqiqət belədir: Peyğəmbər Məkkkədən Mədinəyə hicrət edəndə mühacirlər çətin vəziyyətdə olublar. Köməkçilərin də bir neçə arvadı olub. Həmin vaxtlar onlar arvadlarını boşayardılar ki, mühacirlərlə evlənsin”.

Axund bildirib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. “İslam dinində belə bir şey olmayıb. Müəyyən qurumlar çıxışın əvvəlindən və axırından bəzi hissələri kəsib belə bir video hazırlayıblar”.