Tovuzda ehtiyatsızlıqdan tualet quyusuna düşən qadının səhhəti normallaşıb. Tovuzda ehtiyatsızlıqdan tualet quyusuna düşən qadının səhhəti normallaşıb.

Tualet quyusuna düşən qadının əri danışdı: “Gözəl sənətkarlıq etdilər”

Tovuzda ehtiyatsızlıqdan tualet quyusuna düşən qadının səhhəti normallaşıb.

Tamam Qurbanovann həyat yoldaşı AzNews.az-a açıqlamasında arvadının vəziyyətinin yaxşı olduğunu deyib:

“Tamam tualeti yuyurmuş, necə olubsa ayağı sürüşüb, düşüb quyuya. Nə yaxşı ki, uşaq evdə olub. Hazırda Tamam bir az əzgindir, ayağı da sıyrılıb, salamatlıqdır. İndi rahat halda ora-bura hərəkət edir. Hadisə ilə bağlı FHN-nə yazılı təqdimat yazacam, ona yaxşı bir vəzifə versinlər. Sağ olsunlar, yaxşı işlədilər, gözəl sənətkarlıq elədilər.”

Tovuzda bədbəxt hadisə baş verib. Rayonun Aşağı Öysüzlü kənd sakini 42 yaşlı Qurbanova Tamam Əbduləli qızı ehtiyatsızlıqdan tualetin quyusuna düşüb.

AzNews.az