- Köhnə - Cəmiyyət
- 10 Sentyabr 2013 15:15
- 3 979
Prezident seçkiləri ATƏT-də müzakirə olunacaq
Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.
B. Muradova qeyd edib ki, oktyabrın 13-14-də keçiriləcək sessiyadan sonra Azərbaycanda seçkiləri izləyən ATƏT PA müşahidə missiyasının rəhbəri seçki haqqında Daimi komitənin iclasında məlumat verəcək: "Hesabatlar bir qayda olaraq seçkidən sonra açıqlanır və müzakirəyə çıxarılır. ATƏT PA sessiyası çərçivəsində də belə müzakirələr olacaq".
Qeyd edək ki, fransalı deputat Mişel Vuasinin rəhbərlik edəcəyi ATƏT-in PA müşahidəçi missiyası seçkiöncəsi və seçkilər günü Azərbaycana səfər edəcək.
AzNews.az