Sabah yağmursuz hava proqnozlaşdırılır

Bakı və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 10-da gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzNews.az