- Köhnə - Cəmiyyət
- 20 Noyabr 2013 16:55
- 5 033
Azərbaycanda Ümumdünya Uşaqlar Günü qeyd edildi
Sumqayıt şəhər Uşaqların və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində keçirilmiş tədbirin əsas məqsədi ictimaiyyəti bu günün əhəmiyyəti, uşaqların cəmiyyətimizdə önəmli yeri və onlara qayğının vacibliyi haqqında məlumatlandırmaq, o cümlədən fiziki qüsurlu uşaqlara vətəndaş cəmiyyətinin diqqətini artırmaq və sosial inteqrasiyası prosesinə dəstək olmaq idi.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, Ümumdünya Uşaqlar Günü 1954-cü ildə təsis edilib. Bu gün dünyada birlik və uşaqlar arasında anlaşma günüdür.
20 noyabr həmçinin 1959-cu ildə BMT Baş Assambleyasının "Uşaq hüquqları haqqında Bəyannamə" və 1989-cu ildə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi ilə əlamətdardır.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ideya və məqsədlərini yaymaq və dünya uşaqlarının firavan həyat sürmələrinə həsr olunur.
Elnur
AzNews.az