Azad Rəhimov vətəndaşları qəbul etdi- FOTO

Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Qubada Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

İdman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi və digər mövzularla bağlı edilən müraciətlərin sayı 20-yə qədər olub.

5-dən artıq müraciət gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.
Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.

AzNews.az