Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir.


AzNews.az xəbər verir ki, millət vəkili dekabrın 22-də Əskişəhərdə türk dünyasında ilk dəfə keçirilən "Türkvizion" mahnı yarışmasının final mərhələsində iştirak edib.

Əskişəhər valisi ilə görüşən S.Rüstəmxanlı musiqi bayramına müxtəlif ölkələrdən gələn nazir, millət vəkili və tanınmış sənət adamlarıyla görüşlər keçirib.

İlin son günlərində isə Sabir Rüstəmxanlı DAK-ın Türkiyədəki təmsilçiləriylə görüşəcək. Həmçinin Azərbaycan dərnəkləriylə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək mərasimlərdə işrirak edəcək.

Elnur
AzNews.az