Ramiz Əzizbəyli ilə bağlı çağırış: “Dəstəyinizi əsirgəməyin”

"Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Ramiz Əzizbəyliyə heç bir zaman biganəlik nümayiş etdirməz".


Bunu AzNews.az-a açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Hazırda Bakıda olmadığını deyən M. Hətəmov ölkəyə sabah dönəcəyini, fevralın 24-də isə R. Əzizbəylinin səhhəti ilə daha yaxından tanış olacağını bildirdi: "Kinostudiya Ramiz müəllimə əlindən gələn köməyi edəcək. Hesab edirəm ki, Ramiz Əzizbəyliyə bütün mədəniyyət ocaqları öz dəstəyini əsirgəməməlidir. İnanıram ki, Əzizbəyli sənətinə biganə qalınmayacaq".

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verməsi ilə bağlı mətbuatda xəbər yayılmışdı. R. Əzzbəylinin həyat yoldaşı isə məlumatı təkzib edib və onlara nazirlikdən heç bir dəstək verilmədiyini deyib.

Bahar Rüstəmli
AzNews.az