Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərovun müavini oldu - SƏRƏNCAM

Prezident İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncam Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı olub.

Sərəncamda bildirilir ki, Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də "dörd müavini" sözləri "altı müavini" sözləri ilə əvəz edilsin.

Bununla da, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev prezidentin sərəncamı ilə Kəmaləddin Heydərovun müavini təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilib.

AzNews.az