- Köhnə - Cəmiyyət
- 26 May 2014 14:43
- 3 494
Aydın Əliyev vətəndaşları qəbul edəcək
![](https://www.aznews.az/storage/photos/загруженноеaaaa.jpg)
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, DGK-nın sədri, gömrük xidməti general-leytenantı A.Əliyev mayın 30-da saat 11:00-da Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi, 8) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
AzNews.az