Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək

“Problemli ailələr üzərində tok-şoular qurulur”

Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək



Milli Televiziya və Radio Şurası (MTRŞ) növbəti on il üçün hədəflərini açıqlayıb. AzNews.az-ın verdiyi xəbərə görə, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun yaradılmasının 10-cu ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

MTRŞ sədri bildirib ki, Milli televiziya yayımçılarının öz məsuliyyətlərini dərk etmələrini çox istərdik: "İstərdik ki, milli-mənəvi dəyərlərə uyğun, maarifləndirici, intellektual xarakterli verilişlər çox olsun. Azərbaycan tamaşaçıları daha çox xarici yox, milli telekanallar baxsın. Bu bizim əsas vəzifələrimizdən birdir".


N. Məhərrəmli onu da qeyd edib ki, hazırda qarşılarında duran əsas problemlərdən biri efirdə milli-mənəvi dəyərlərə uyğun verilişlərin az olmasıdır: "Son zamanlar ictimaiyyəti narahat edən məsələlərdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır.

Bu bizi çox narahat edir. Bunun tədricən aradan qaldırılması bizim hədəfimizdir. Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək. Hazırda telekanallarda Azərbaycan dili ilə yanaşı başqa dillərdən də istifadə edirlər. Bəzi telekanallar bu məsələlərdən sui-istifadəyə yol verirlər".

Sevinc
AzNews.az