Yararsız mallar satan marketlər

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Nərimanov rayonunda

- Qarabağ küçəsi, 26 ünvanında Zahid Zeynalova məxsus mağazada;

Qaradağ rayonunda

- Qobustan qəsəbəsində Sərxan Vəliyevə və Səməd Quliyevə məxsus mağazalarda;

- Səngəçal qəsəbəsində Müşfiq Sarıyevə məxsus mağazada;

Sabirabad rayonunda

- Qalağayın kəndində Mirzəxan Məmmədova məxsus mağazada;

Yevlax şəhərində

- Nizami küçəsi, 53 ünvanında "Yevlax Ekpress Nəqliyyat" ASC-yə məxsus yeməkxanada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Qaradağ rayonunda

- Müşfiqabad qəsəbəsində Laçın Bədirova məxsus mağazada;

Gəncə şəhərində

- Əttarlar küçəsi, 57 ünvanında Elxan Qocayevə məxsus mağazada;

Goranboy rayonunda

- Nadirkənd kəndində Cavanşir Quliyevə məxsus mağazada;

Sabirabad rayonunda

- Qaratuğay kəndində Nizami Məmmədova məxsus mağazada;

Xaçmaz rayonunda

- Qaraqurtlu kəndində Rübabə Yusifovaya məxsus mağazada;

- Xaçmaz şəhərində Niyaməddin Məmmədova və Rəna Əkbərovaya məxsus mağazalarda;

Ağsu şəhərində

- M.V.Vidadi küçəsində Elşən Səfərova məxsus mağazada;

Şəki rayonunda

- Qırxbulaq kəndində Nazim Cəfərova məxsus mağazada;

Oğuz şəhərində

- İ.Rəhimov küçəsində Hikmət Yusifova məxsus mağazada;

Astara şəhərində

- C.Cabbarlı küçəsi, 16 ünvanında Ülfət Rəhimovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.