Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Meydan TV-nin 3 əməkdaşı - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Meydan TV-nin 3 əməkdaşı - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Qanun “Meydan” əməkdaşlarının saxlanılmasına nə deyir? – Media ekspertlərinin şərhi

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Meydan TV-nin 3 əməkdaşı - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.

Ukrayndadan qayıdan jurnalistlərə bildirilib ki, onların adları sistemdə blok edilib və xanımlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. "Meydan TV"nin əməkdaşları bir neçə saat burada saxlanıldıqdan sonra sərbəst buraxılıblar.

Onlara ölkə daxilində akkreditasiyadan keçmədən, qanunsuz fəaliyyət göstərdikləri deyilib.

Sual yaranır: Azərbaycanlı jurnalist əcnəbi ölkədə fəaliyyət göstərən media qurumuna imformasiya toplamaq üçün Xarici İşlər Nazirliyində akkreditə edilməlidirmi?

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli günün aktual məsələsinə aydınlıq gətirib.



Ekspert AzNews.az-a açıqlamasında bildirib ki, xarici media orqanlarında fəaliyyət göstərən jurnalistlərin akkreditasiyadan keçmədən fəaliyyətinə göstərməsini 18 Mart 2015-ci il tarixdə Xarici İşlər Nazirliyi tərəfindən qəbul edilən "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları"nın 2.1.4-cü bəndində olunan dəyişiklik qadağan edir: "Dəyişikliklə həmin Qaydalara "xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin surəti sözünün arasına əgər xarici KİV nümayəndələri Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin ifadəsi əlavə edilib. Bu ifadə KİV haqqında Qanunun 53-cü maddəsində "xarici müxbir" ifadəsini genişlədərək, Azərbaycan vətəndaşını da bura daxil edib".


Media eksperti Rəşid Hacılı da AzNews.az-a açıqlamasında bildirib ki, söhbət xarici kütləvi informasiya vasitəsinin əməkdaşından gedirsə, onda akkreditasiya mütləqdir: "Çünki KİV haqqında qanun bunu tələb edir. Amma məsələ ondadır ki, KİV-in bu qanunu ifadə azadlığı haqqında qanunla nə dərəcədə səsləşir?



Lakin jurnalist bütün hallarda XİN-də qeydiyyatdan keçməlidir. Çünki bu, dövlət orqanları ilə qarşılıqlı münasibətlər üçün, jurnalist statusunu təsdiqlətmək vacibdir".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, "Meydan Tv" və bir çox xarici media orqanları bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. "Son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini "Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları"na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır" – deyə, Əli Həsənov vurğulayıb.

AzNews.az