Çikaqo Universitetində son illər insan ömrünün qısalmasına ən çox nəyin təsir etdiyi ilə bağlı araşdırma aparılıb Çikaqo Universitetində son illər insan ömrünün qısalmasına ən çox nəyin təsir etdiyi ilə bağlı araşdırma aparılıb

Son illər insan ömrünün qısalmasına səbəb olan əsas faktor nədir?

Çikaqo Universitetində son illər insan ömrünün qısalmasına ən çox nəyin təsir etdiyi ilə bağlı araşdırma aparılıb

AzNews.az xəbər verir ki, ABŞ-da aparılan araşdırmaya görə, havanın çirklənməsinin insan ömrünü ən çox qısaldan xarici faktordur.

Araşdırmada hava çirkliliyinin siqaret, narkotik, yol qəzaları və QİÇS kimi xəstəliklərdən ən azı 3 dəfə daha çox təsirli olduğu qeyd edilib.

Məlumatlara görə, dünyada hər il 7-8 milyon insan havanın çirklənməsi ilə bağlı xəstəliklərdən ölür.

Aparılan araşdırmaya görə, havanın çirklənməsi insan orqanizminin hər bir orqanına mənfi təsir göstərir. Havanın çirklənməsi demans, ürək və ağciyər xəstəlikləri, infarkt, görmə itkisi və zəka inkişafının azalması kimi sağlamlıq problemlərinə səbəb olur.

Şəbnəm Zahir