"Azərbaycan və Belarus münasibətlərinin inkişafı Ermənistanı təşvişə salır”. "Azərbaycan və Belarus münasibətlərinin inkişafı Ermənistanı təşvişə salır”.

“Bu, Ermənistanı təcrid vəziyyətə salır” - Asim Mollazadə

"Azərbaycan və Belarus münasibətlərinin inkişafı Ermənistanı təşvişə salır”.

"Azərbaycanın MDB ölkələri ilə əlaqələrinin artması, Rusiya ilə münasibətlərimizin günü-gündən inkişaf etməsi Ermənistanı təcrid vəziyyətə salır"

Bunu Azərbaycanla Belarus arasındakı inkişaf edən ikitərəfli əlaqələri dəyərləndirərkən millət vəkili Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici dövlətlərlə əlaqəsi hər ötən gün daha da genişlənir:

"Azərbaycan və Belərusun əlaqələri daha da güclənərək yüksək zirvəyə qalxır.Hər iki MDB ölkələri daima bir-biriləri ilə dostluq, tərəfdaşlıq əlaqələri qurur. Bunun vasitəsi ilə ölkəmiz hər ötən gün gücünə güc qatır.

Təbii ki, Ermənistan bu məqamdan çox narahatdır. Çünki işğalçı ölkə bilir ki, onun tərəfdar olduğu bir sıra ölkələr, yəni, Belarus, Qazaxıstan və digər MDB dövlətləri Azərbaycanın mövqeyini haqlı hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Ölkəmizin Belarus, Qazaxıstan və digər MDB ölkələri ilə əlaqələrinin artması, Rusiya ilə münasibətlərimizin günü-gündən inkişaf etməsi Ermənistanı müt təcrid olunmuş vəziyyətə salır. Azərbaycanın Belarusla hərbi əməkdaşlığı silahlı qüvvələrimizi gücləndirir.

Artıq belə məqamlərdan separatçı ölkə narahat olmağa başlayır. Həmçinin Ermənistan anlayır ki, Azərbaycanın bu kimi dövlətlərlə əlaqəsi gücləndikcə o öz müttəfiqləri arasından təcrid olunacaq”.(sherg.az)

© AzNews.az