- Qayıdış
- 22 Yanvar 2019 13:30
- 2 445
Paşinyan yenidən Moskvaya gedir

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Moskvaya səfər edəcək.
Ermənistanın “Qraparak” qəzeti xəbər verir ki, o, Davosdakı Dünya İqtisadi Forumunda iştirakından sonra Rusiyaya gedəcək.
“Nikol Paşinyan növbəti dəfə Moskvaya səfər edəcək. Yanvarın 25-də Paşinyanın Avrasiya İqtisadi Komissiyasının qərargahında çıxışı gözlənilir” –deyə qəzet hökumətdəki mənbəyə istinadən xəbər yayıb.(modern.az)
© AzNews.az