Vətən müharibəsinə könüllü qatılmışdı Vətən müharibəsinə könüllü qatılmışdı

2 günlük sevinc - Döyüşdən sağ gələn əsgər öldü

Vətən müharibəsinə könüllü qatılmışdı

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

Xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report.az)

AzNews.az