A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb

Gürcü ekspert: “işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus hər şey məhv edilib”

A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb

“Biz dünən Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdik, bu gün isə Füzuli rayonunda səfərdəyik. 30 il ərzində Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib”.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib.

A. Klaxadze deyib ki, məscidlər, qəbiristanlıqlar da dağıdılıb: “Eyni zamanda işğaldan azad edilmiş ərazilər minalanıb, bu əraziləri minalardan təmizləmək üçün uzun illər lazımdır. Biz işğaldan azad edilmiş Cəbrayıl və digər rayonlarda da olacağıq”(APA)

AzNews.az