Ermənistan XİN-də gərginlik davam edir

Diplomatlar xaricə qaçır

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ölkənin Xarici İşlər Nazirliyində yaranan gərginlik davam edir.

AzNews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Məqalədə qeyd edilib ki, müstəqil düşüncəli təcrübəli diplomatlar işdən çıxarılır.

Nəşrin məlumatına görə, bir müddət əvvəl ailəsi ilə birlikdə xaricə getmək istəyən 10 diplomatın səfəri təxirə salınıb: “Hökumət Ara Ayvazyanın xarici ölkələrə təyin etdiyi diplomatları işdən çıxarmaq qərarına gəlib. Hökumət indi həmin diplomatların sosial şəbəkələrdə yazdıqları akkauntları araşdırır”.

“Hraparak” qeyd edib ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan vaxtilə ona qarşı çıxış etmiş XİN əməkdaşlarını bağışlamamaqda qətiyyətlidir.