Müsabiqə qalibləri mükafatlandırılıb Müsabiqə qalibləri mükafatlandırılıb

I “Estrada mahnısı”nın qaliblərinin qala-konserti olacaq

Müsabiqə qalibləri mükafatlandırılıb

Noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

AzNews.az-ın verdiyi xəbərə görə, müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşıb.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söhbət açıb. Müsabiqəninə ötən ilin dekabrın 8-də elan edildiyini bildirən F.Əlizadə əsas məqsədin unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etmək olduğunu qeyd edib.

Onun sözlərinə görə, müsabiqənin seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib. Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib.

Bildirilib edilib ki, müsabiqəyə təqdim olunan əsərlər Xalq artisti Firəngiz Əlizadənin rəhbərlik etdiyi, əfsanəvi “Qaya” İnstrumental Vokal ansamblının rəhbəri Xalq srtisti Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonra qaliblər diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq tanınmış bəstəkarlar Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.

Qeyd edək ki, Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin qala-konserti bu gün saat 19.00-da Heydər Əliyev Sarayında olacaq.

AzNews.az

image description image description