Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir fəaliyyət göstərir. Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir fəaliyyət göstərir.

“Azərbaycan: Bir daha bax” tanıtım çarxı beynəlxalq festivalda qalib oldu

Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir fəaliyyət göstərir.

Azərbaycan Turizm Bürosunun “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) destinasiya təbliğatı filmi “FilmAT” festivalının “Ən yaxşı ölkə təbliğatı filmi” kateqoriyasında birinci yerə sahib olub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, qalib məşhur polşalı prodüser, "Oskar" mükafatı ilə təltif olunmuş Zbiqnev Zmudzkinin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Mükafatlandırma mərasimi oktyabrın 16-18-də Polşanın Varşava şəhərində baş tutacaq.

Qeyd edək ki, Beynəlxalq Turizm Film Festivalları Komitəsinin üzvü olan "FilmAT" festivalı 14 ildir fəaliyyət göstərir.

Festivalın keçirilməsinin əsas məqsədi sənədli filmlər, turizm kommunikasiyaları, həmçinin korporativ və televiziya filmləri sahəsində ən son tendensiyaları təbliğ etməkdir.