Vaqif Mustafayev Fikrət Əmirov haqqında film çəkib

Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında görkəmli bəstəkar Fikrət Əmirov haqqında bədii-sənədli film çəkilib.

Aznews.az xəbər verir ki, nazirlikdən bildirilib ki, filmin çəkilişləri artıq başa çatıb.

“Filmin rejissoru Xalq artisti Vaqif Mustafayevdir. Yaxın zamanda filmin təqdimatının keçirilməsi nəzərdə tutulub”, – məlumatda vurğulanır.