• Mahal
  • 4 Aprel 2019 10:35
  •  2 109

Saatlıda ev partladı - Bir nəfər xəsarət aldı

Partlama məişət qazının sızması nəticəsində olub

Saatlı rayonunda partlayış baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Xanlarkənd kəndində birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən ani partlama qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az