Qəbələ rayonunda ölüm hadisəsi baş verib Qəbələ rayonunda ölüm hadisəsi baş verib
  • Mahal
  • 15 Aprel 2019 13:19
  •  2 185

Qardaşının evində dünyasını dəyişdi

Qəbələ rayonunda ölüm hadisəsi baş verib

Hadisə aprelin 13-də saat 06 radələrində baş verib. Rusiya vətəndaşı, 1956-cı il təvəllüdlü Faxrəddin Qasımov qonaq gəldiyi qardaşı Mirzalının evində vəfat edib. Rayon prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Mərhumun uzun müddətdir şəhər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az