Yevlaxda piyada qadını maşın vurdu

Faktla bağlı araşdırma aparılır.

Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Kamil Nəsibov küçəsində baş verib.

Markası məlum olmayan maşın yolu keçmək istəyən 1991-ci il təvəllüdlü rayon sakini Yusibova Sveta Murad qızını vuraraq ona xəsarət yetirib.

Yaralı öncə ətrafdakıların köməyi ilə yaşadığı ünvana, daha sonra isə çağırışa gələn həkim briqadası tərəfindən Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az