Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib
  • Mahal
  • 17 İyul 2021 16:55
  •  5 492

Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb - FOTO

Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb.

Aznews.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hadisə günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

image description image description image description image description