Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib
  • Mahal
  • 9 Avqust 2022 20:04
  •  6 997

Babadağda həlak olan şəxsin meyiti tapılıb

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib

Babadağ dağında həlak olan Mübariz Məmmədovun meyiti tapılıb.

Aznews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

15:09

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcəkdir.