- Mahal
- 28 Yanvar 2023 22:55
- 6 786
İrandakı zəlzələ Naxçıvanda 5-3 bala qədər hiss olunub

Bu gün saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Aznews.az-a bildirilib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.
Zəlzələ 5-3 bala qədər hiss olunub və 10-15 saniyə davam edib.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.