Obama konstitusiyanı pozub?

Vaşinqton Appelyasiya Məhkəməsi ABŞ prezidenti Barak Obamanı konstitusiyanı pozmaqda günahlandırır.




İttihamda bildirilir ki, prezident Obama Senatın qanuna uyğun olmayan gəlir məsələləri və kadr dəyişikliyinə müdaxilə edib.

Prezident isə öz növbəsində bildirir ki, o qanuna zidd heç bir hərəkət etməyib, çünki həmin dövrdə Senat tətildə olub.

ABŞ konstitusiyasına görə,Senatın tətildə və hər hansı üzrlü səbəbdən iş başında olmaması ərəfəsində ölkə prezidenti Senatın işinə müdaxilə edə bilər.

ABŞ tarixində çox nadir hallarda belə hadisələrə rast gəlinib. Ancaq Appelyasiya Məhkəməsinin iddiasında göstərilir ki, Obamanın müdaxiləsi mənasız olub, çünki faktiki olaraq, Senat iş başında olub.

Aynur Hüseynova
AzNews.az