- Köhnə - Dünya
- 4 Oktyabr 2018 07:50
- 6 745
Tramp onun inauqurasiya mərasiminə getməyəcək

ABŞ Prezidenti Donald Tramp 1 dekabr tarixində keçiriləcək Meksika prezidentinin inauqurasiya mərasimində iştirak etməyəcək.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Tramp Meksika prezidenti Andres Obradorla telefon danışığında bildirib. O öz yerinə vitse-prezident Mayk Pensi göndərəcəyini bəyan edib.
Obrador Trampla sərhəddə divarın tikintisi məsələsini müzakirə etmədiyini bildirib. Əvəzinə tərəflər qanunsuz miqasiya ilə mübarizə üçün sərmayə proqramlarını müzakirə edib.
AzNews.az