48 yaşlı sərnişin sürücüyə hücum edib 48 yaşlı sərnişin sürücüyə hücum edib

Sürücü və sərnişin arasındakı dava 15 nəfərin həyatına son qoydu - DƏHŞƏTLİ QƏZA - VİDEO

48 yaşlı sərnişin sürücüyə hücum edib

Çində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Çonqinq bölgəsində sərnişin avtobusunda sürücü ilə sərnişin arasında dava düşüb.

Belə ki, enməli olduğu dayanacağı ötürən 48 yaşlı sərnişin sürücüyə hücum edib və mobil telefonu ilə ona zərbələr endirib. İdarəetməni itirən sürücü avtobusu körpü ilə üstündən keçdikləri Yangtze gölünə aşırıb.

Çin polisi avtobusda 15 nəfərin olduğunu, onlardan 13-ün həlak olduğunu bildirib. Daha 2 nəfərin isə itkin düşdüyü deyilir.

Faktla bağlı araşdırma başladılıb.

Xəyalə Bünyatova

AzNews.az