Rahib Branson az sonra Türkiyəni tərk edəcək Rahib Branson az sonra Türkiyəni tərk edəcək

"Rahibin Türkiyədən çıxmasına yazılı izn verildi"- YENİLƏNDİ

Rahib Branson az sonra Türkiyəni tərk edəcək

23:14-

"Rahib Branson hazırda İzmir Adnan Menderes hava limanındadır. Uçağa minir. Təyyarənin qalxması üçün yazılı razılıq verilib"- bu barədə AzNews.az-a Türkiyə təmsilçimiz, tanınmış jurnalist Adnan Bulut məlumat verib.

***

"Az öncə qandalları qolundan açıldı"- rahib Andrey Bransonla bağlı son dəqiqə xəbərini AzNews.az-a Türkiyə təmsilçimiz, Türkiyənin məşhur jurnalisti Adnan Bulut məlumat verib.

O bildirib ki, hazırda ABŞ rahib Brunsonun arxasınca xüsusi uçaq göndərib və yaxın saatlarda keçmiş məhbus Türkiyəni tərk edəcək.

Adnan Bulut onu da qeyd edir ki, bir qədər əvvəl rəsmi Ankara rahib Brunsonun işi ilə bağlı xüsusi açıqlama yayıb. Açıqlamada deyilir: "Türkiyədə mühakimə tərəfsiz və müstəqildir".

Açıqlamada Ağ Evə də müraciət edilib: "ABŞ prezidenti Donald Trampa bir dəfə daha xatırlatmaq istəyirik ki, Türkiyə demokratik, hüquqi bir dövlətdir və Türk məhkəmələri müstəqildir".

Xatırladaq ki, casusluq və terrorda təqsirləndirilən və İzmirdə ev həbsində saxlanılan amerikalı rahib Andrey Branson 4-cü dəfə məhkəməyə çıxarılıb.

Bransona 3 il 1 ay 15 gün həbs cəzası verilib.

Məhkəmə zamanı prokurorlar istintaqın uzadılmasını istəməyiblər.

Branson “Təqsirim yoxdur, Türkiyəni sevirəm, azadlığa buraxılmağı istəyirəm”, - deyə özünü müdafiə edib.

Onun barəsində 10 il müddətinə qədər həbs cəzası tələb olunmuş, prokurorun sözlərindən sonra qərar və yaxud aralıq qərarın veriləcəyi bildirilmişdi.

20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilmişdi. Bu il, iyulun 25-də isə ev dustağı edilib.

Hazırda Bransonun ev dustaqlığı və ölkədən xaricə çıxmasına qoyulan qadağa aradan qaldırılıb.

Bununla rahib öz azadlığına qovuşub.

© AzNews.az

image description image description image description