- Qərb
- 01:45
- 2 094
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
NATO-nun Baş katibi Mark Rütte iyunun 23-25-də Vaşinqtona səfər edəcək.
Bu barədə Euronews məlumat yayıb.
Bildirilib ki, səfərin məqsədi iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti öncəsi alyans daxilində mövcud olan transatlantik fikir ayrılıqlarını yumşaltmaqdır.
Daha əvvəl Rütte Brüsseldə keçirdiyi mətbuat konfransında Ankaradakı sammitin yalnız bir plenar iclasdan ibarət olacağını və tərəfdaş ölkələrin liderlərinin tədbirə dəvət edilməyəcəyini açıqlamışdı.
Məlumata görə, sammit çərçivəsində NATO–Ukrayna Şurasının liderlər səviyyəsində ayrıca iclası da nəzərdə tutulmayıb.
Brüsseldəki mənbələrin sözlərinə görə, təşkilatçılar ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək tədbirlərin proqramını maksimum dərəcədə qısaltmağa çalışırlar ki, mümkün fikir ayrılıqları minimuma endirilsin.
AzNews.az