- Toplum
- 01:38
- 1 767
Bakının bəzi ərazilərində işıq olmayacaq
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə AzNews.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, iyunun 18-də Bakının Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Çuxursəd, Zaur Kərimov, Vasif Əliyev, Məmmədşərif Həmidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin, Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Xəlil Rza Ulutürk küçəsinin bəzi hissələrini əhatə edəcək.
Bununla yanaşı, Suraxanı RETSİ-yə daxil olan 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.