İranın Şiraz şəhərində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların dəqiq sayı açıqlanıb. İranın Şiraz şəhərində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların dəqiq sayı açıqlanıb.

Şirazda partlayış nəticəsində yaralananların sayı artdı - 37 nəfər (Video)

İranın Şiraz şəhərində ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların dəqiq sayı açıqlanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yaralı sayı 37 nəfər təşkil edir. Daha əvvəl 32 nəfərin xəsarət aldığı qeyd olunurdu.

Məlumata görə, yaralılardan 16-sı xəstəxanaya yerləşdirilib. Lakin onların vəziyyəti qənaətbəxşdir.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az