Kraliça xəstəxanaya yerləşdirildi



Böyük Britaniya kraliçası İkinci Yelizaveta xəstəxanaya yerləşdirilib. "Sky News" telekanalının məlumatına görə, kraliça Londonda xəstəxanadadır və ona qastroentrit diaqnozu qoyulub.

Məlumat üçün bildirək ki, Kral 7-ci Edvardın adını daşıyan xəstəxanaya yerləşdirilən kraliça xəstəlik səbəbindən hələ cümə günü nəzərdə tutulan səfərini təxirə salmışdı.

Elnarə Əlosmanqızı
AzNews.az