Rusiya prezidenti Vladimir Putinlə görüş barəsində danışmaq olduqca tezdir. Rusiya prezidenti Vladimir Putinlə görüş barəsində danışmaq olduqca tezdir.

“Saakaşvili əsəbiləşsə də, əlimizdən gələni edəcəyik“

Rusiya prezidenti Vladimir Putinlə görüş barəsində danışmaq olduqca tezdir.



ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib. Onun sözlərinə görə, mətbuatda onun Rusiyaya səfər edəcəyi və ölkə başçısı Putinlə görüşəcəyi ilə bağlı yayılan məlumat onun xoçuna gəlib: "Hələ k,i bununla bağlı əlavə heç bir məlumat verə bilmərəm. Ancaq qəzetdə yazılanları mən gülüşlə qarşıladım".

İvanişvili bildirib ki, əgər Rusiyada Gürcüstana münasibəti ciddi şəkildə dəyişibsə, bu yaxşıdır: "Görüş məsələsinə gəldikdə isə deyə bilərəm ki, bu barədə danışmaq çox tezdir. Mənim şəxsi prinsipial mövqeyim budur ki, bunun üçün Rusiya Gürcüstanla münasibətlərini yaxşılaşdırmalıdır. Bu, Saakaşvilini əsəbləşdirsə də, biz mütləq əlimizdən gələni edəcəyik ki, buna nail olaq".


AzNews.az