Çində gənc oğlan özünə sevgili tapmaq üçün maraqlı addım atıb. Çində gənc oğlan özünə sevgili tapmaq üçün maraqlı addım atıb.

Çinli gəncdən maraqlı addım

Çində gənc oğlan özünə sevgili tapmaq üçün maraqlı addım atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ninbo şəhərindən olan 18 yaşlı oğlan ali təhsil almaq üçün sənədlərini qadın universitetinə verib.

O, “Təhsil müəssisəsi yalnız qızlardan ibarətdir. Mən düşünürəm ki, burada yarımı tapmaq daha asan olacaq”,- deyib.

Gənc oğlan onu da qeyd edib ki, ailəsi bu addımını dəstəkləyir: “Atam mənə ehtiyatlı olmağı məsləhət gördü. O, istəmir ki, mən universitetdəki qadınların təsiri altına düşərək dəyişim”.

AzNews.az