Güllə açılan zaman hər şey bir anda “donub” Güllə açılan zaman hər şey bir anda “donub”

Ameriklı agent Əhmədinejata atəş açıb

Güllə açılan zaman hər şey bir anda “donub”





Amerika xüsusi xidmət orqanının agenti İran prezidenti Mahmud Əhmədinejata atəş açıb. İnsident 2006-cı ilin sentyabrında İran nümayəndə heyətinin BMT Assambleyasının iclasında iştirak etmək üçün bu ölkəyə səfəri zamanı baş verib. Mark Embinder və Qreyd adlı müəlliflərin qələmə aldığı "Deep State: Inside the Government Secrecy Industry" kitabında bu barədə ətraflı məlumat verilib. Apreldə satışa çıxarılacaq kitabda insident təsvir olunub. Kitabda əksini tapan sensasiyalı məlumat barədə isə bu gün "Daily Mail" qəzeti yazıb.

İnsident isə belə baş verib: Amerikalı agent əlindəki xüsusi təyinatlı silahla prezident Buşun kortejində yerini tutub. Bu zaman silahdan atəş açılıb və atəş İran prezidentinin olduğu səmtə istiqamətlənib. Güllə açılan zaman hər şey bir anda "donub": "İranlılar bizə baxdılar, biz də iranlılara baxdıq. Agetn üzr istəməyə başladı. Əhmədinejat sadəcə çevrildi və maşınına əyləşdi.

Ağ Ev İran tərəfinin məsələyə reaksiyasından narahat idi. Xüsusilə də məsələnin BMT iclasında müzakirəyə çıxarılacağından qorxurdular. İran tərəfi sanksiyaların müzakirə mövzusu olduğu bir zamanda Amerika xüsusi xidmət əməkdaşlarının onu öldürməyə cəhd etdiyini söyləyə bilərdi. Ancaq Əhmədinejat bircə dəfə də bu olayı xatırlatmamaqla Ameriakanı təəccübləndirdi".

Elnarə Əlosmanqızı
AzNews.az